Privacy Policy

MyUnidays Ltd şirkəti myunidays.com veb-saytının bütün ziyarətçiləri və istifadəçilərinin məxfiliyini qorumağa borcludur. Bizə təqdim olunan məlumatları necə istifadə etdiyimizi və qoruduğumuzu anlamaq üçün aşağıdakı məxfilik siyasətini oxumağınız xahiş olunur. Məlumatların Qorunması haqqında 1998-ci il tarixli Qanuna ("Akt") əməl olunması məqsədilə məlumatların idarəedicisi 2 Castle Boulevard, Nottingham, NG7 1FB ünvanında yerləşən MyUnidays Ltd şirkətidir.

myunidays.com veb-saytı tərəfindən təklif olunan hər hansı xidmət üzrə qeydiyyatdan keçməklə (bu, Məxfilik Siyasətini təsdiq və qəbul etdiyinizi ifadə edir), siz bu siyasətin şərtlərinə uyğun olaraq məlumatınızın toplanması, istifadəsi və ötürülməsinə razılıq verirsiniz.

Kukilər

Kukilərdən istifadə etməklə (kompüterinizə və ya digər daxil olduğunuz cihaza göndərdiyimiz fayllar), məlumatlarınızı saxlayırıq, belə ki, kukilər bizə sonradan saytımızı ziyarət etdiyiniz zaman məlumatlarınıza daxil olmaq imkanı verir. Biz sizi veb-saytımızın digər istifadəçilərindən ayırd etmək üçün bunu edirik və bu, saytdan tam şəkildə istifadə etməyiniz üçün zəruridir.

Sayta baxmağa davam etməklə, bizim kukilərdən istifadəmizə razılıq verirsiniz.

Aşağıdakı kukilərdən istifadə edirik:

Olduqca vacib kukilər: bu kukilər veb-saytımızın işi üçün tələb olunur. Onlara, məsələn, veb-saytımızın təhlükəsiz sahələrinə girişinizə, alış-veriş səbətindən istifadə etməyə, yaxud e-hesablaşma xidmətlərindən faydalanmağa imkan yaradan kukilər daxildir. Onlardan həm də veb-saytımıza qayıtdığınız zaman sizi tanımaq üçün istifadə olunur. Bu, bizə məzmunumuzu sizin üçün fərdiləşdirmək, sizi adınızla salamlamaq və tərcihlərinizi yadda saxlamaq (məsələn, dil və ya region seçiminiz) imkanı verir.

Analitik/istismar kukiləri: onlar bizə ziyarətçiləri tanımaq, onların sayını hesablamaq, daxil olduğunuz səhifələri və izlədiyiniz keçidləri görmək imkanı verir. Biz bu məlumatlardan veb-saytımızı və onda göstərilən reklamı maraqlarınıza daha uyğun etmək üçün istifadə edəcəyik. Bu məqsədlə, bu məlumatı həm də üçüncü tərəflərlə paylaşa bilərik.

Onu da qeyd edək ki, üçüncü tərəflər (məsələn, bura reklam şəbəkələri və veb-trafik təhlili xidmətləri kimi xarici xidmətlərin provayderləri daxildir) də bizim nəzarət etmək səlahiyyətimizin olmadığı kukilərdən istifadə edə bilər.

Siz brauzerinizdə parametri aktivləşdirməklə kukiləri bloklayırsınız, bu isə sizə bütün və ya bəzi kukilərin təyin edilməsindən imtina etmək imkanı verir. Lakin əgər bütün kukiləri (əsas kukilər daxil olmaqla) bloklamaq üçün brauzer parametrlərinizdən istifadə etsəniz, veb-saytımıza bütünlüklə və ya onun bir hissəsinə daxil olmaq imkanınız olmaya bilər.

Sizdən topladığımız məlumatlar

Siz myunidays.com veb-saytında məhsullar və xidmətlərimizlə bağlı məlumata daxil olanda, qeydiyyatdan keçəndə və ya baxanda adınız, təhsiliniz, müəssisə adı və hazırki e-poçt ünvanınız daxil olmaqla özünüz haqqında bəzi məlumatları təqdim etməyiniz xahiş edilə bilər. Biz həm də veb-saytımızdan istifadənizlə bağlı məlumatları, o cümlədən veb-sayta yerləşdirdiyiniz mesajlardan və bizə göndərdiyiniz e-məktub və ya məktublardan haqqınızda olan məlumatları toplaya bilərik.

İlk dəfə myunidays.com veb-saytına abunə olduğunuz zaman e-poçt ünvanınız və myunidays.com parolunuz əldə olunacaq, şifrlənəcək və sonra təhlükəsiz məlumat bazamızda saxlanacaqdır. Bu parol heç zaman hər hansı şəxsə açıqlanmayacaqdır. myunidays.com Xidmət Şərtləri və bu Məxfilik Siyasətinə razılaşmaqla, siz bu məlumatların bu məqsəd üçün təhlükəsiz mühitdə saxlanmasına icazə vermiş olursunuz.

Məlumatlarınızdan istifadə

Məlumatlarınız bizə sizi saytımızın konkret hissələrinə girişlə təmin etmək və sizin üçün myunidays.com xidmətini işlətmək imkanı verəcəkdir. Biz həm də biznesimizi idarə etmək, dəstəkləmək, təkmilləşdirmək və inkişaf etdirmək üçün topladığımız məlumatları istifadə edəcəyik və onları təhlil edəcəyik.

Xüsusən də, biz xidmətlərimizə münasibətinizi öyrənmək üçün sizinlə əlaqə saxlamaq, sayt və ya xidmətlərimizə edilən vacib dəyişikliklər və ya təkmilləşdirmələrlə bağlı sizə vaxtaşırı məlumat vermək məqsədilə məlumatlarınızdan istifadə edə bilərik.

Bundan başqa, məlumatlarınızdan təklif etdiyimiz, sizin üçün maraqlı ola biləcək, digər məhsullar və xidmətlərlə bağlı sizə məlumat vermək üçün də istifadə edə bilərik. Əgər gələcəkdə sizinlə əlaqə saxlanılması ilə bağlı fikrinizi dəyişdirsəniz, bizimlə birbaşa əlaqə saxlamaqla və ya hesab parametrləriniz vasitəsilə seçimlərinizi dəyişdirməklə bundan imtina edə bilərsiniz.

Bizimlə əlaqə saxlasanız, bu yazışmanı özümüzdə saxlaya bilərik.

Əqli mülkiyyət hüquqları ilə əhatə olunan, hesab parametrlərinizlə tənzimlənən məzmun, məsələn, fotolar və videolar ("Media") üçün siz hər hansı kommersiya və ya qeyri-kommersiya məqsədləri üçün, o cümlədən heç bir məhdudiyyət olmadan çap olunmuş nəşrlər, təqdimatlar, kampaniya xarakterli materiallar, reklam və ya hesabınızla bağlı təqdim etdiyiniz hər hansı Mediadan istifadə etmək üçün bizə eksklüziv olmayan, ötürülə bilən, sub-lisenziyalı, rüsumsuz, dünya miqyaslı lisenziya ("Lisenziya") vermiş olursunuz. Siz Medianızı və ya hesabınızı sildikdə, bu Lisenziya sona çatacaq, lakin məzmununuzun artıq başqaları ilə paylaşıldığı və onlar tərəfindən silinmədiyi hallar istisna təşkil edir.

Medianı sildiyiniz zaman o, kompüterin səbətini boşaltmağa oxşar bir tərzdə silinir. Lakin siz başa düşürsünüz ki, silinmiş məzmun müvafiq vaxt müddətində ehtiyat nüsxənin surətlərində qala bilər (lakin başqaları onu görə bilməyəcəkdir).

Məlumatlarınızın açıqlanması

Bizə təqdim etdiyiniz məlumatlar BK və İrlandiyada olan təhlükəsiz kompüterlərimizdə saxlanacaq və bu məlumatlara BK-dan kənarda işləyən, bəziləri Avropa İqtisadi Ərazisi xaricində fəaliyyət göstərən, bu siyasətdə müəyyən edilən məqsədlər və sizin təsdiqlədiyiniz digər məqsədlər üçün bizim adımızdan fəaliyyət göstərən personalımız daxil ola və ya onları bizdən ala bilər. Həmin tərəflər adımızdan məlumatları emal edir və dəstək xidmətləri göstərir. Biz həm də saytımızdan istifadə ilə bağlı ümumi məlumatı üçüncü tərəflərə ötürə bilərik, lakin bura kimliyinizi müəyyən etmək üçün istifadə edilə bilən məlumatlar daxil edilməyəcəkdir.

Avropa İqtisadi Ərazisi xaricində olan ölkələrin çox vaxt məlumatların mühafizəsi üçün güclü qanunları olmur. Lakin biz hər zaman üçüncü tərəflərin məlumatlarınızdan bu siyasət çərçivəsində istifadə etdiklərindən əmin olmaq üçün addımlar atacağıq.

Qeydiyyatdan keçirdiyiniz və ya yoxladığınız e-poçt ünvanı ilə bizdə qeydiyyatdan keçirdiyiniz hesaba malik olmağınızla bağlı təsdiq hamıya açıq olacaqdır.

Qanunla tələb olunmadiqca, razılığınız olmadan bizə təqdim etdiyiniz hər hansı məlumatı paylaşmayacaq, satmayacaq və ya bölüşməyəcəyik.

Nəhayət, əgər biznesimiz başqa biznes müəssisəsi ilə birgə müəssisəyə daxil olarsa, satılarsa və ya onunla birləşdirilərsə, məlumatlarınız yeni biznes tərəfdaşları və ya sahiblərinə açıqlanacaqdır.

Hüquqlarınız

Sizin bizdən marketinq məqsədləri üçün şəxsi məlumatları emal etməməyi xahiş etmək hüququnuz var. Siz hesab parametrlərini dəyişdirməklə, bu cür emalın qarşısını almaq hüququnuzu həyata keçirə bilərsiniz.

Saytımız tərəfdaş şəbəkələr, reklam şirkətləri və törəmə şirkətlərimizin veb-saytlarına və veb-saytlarından keçidləri ehtiva edə bilər. Əgər bu saytlardan hər hansı birinə keçidi izləsəniz, nəzərə alın ki, bu veb-saytların öz məxfilik siyasətləri var və bu siyasətlərə görə heç bir məsuliyyət və ya öhdəliyi qəbul etmirik. Bu veb-saytlara hər hansı şəxsi məlumatları göndərməmişdən əvvəl bu siyasətlərə nəzər salmağınız xahiş olunur.

Təhlükəsizlik və məlumatların saxlanması

Biz məlumatınızı icazəsiz şəxşlərin daxil olmasından və onu qanunsuz emal, təsadüfi itki, dağıtma və ya zədələmədən qorumaq üçün təhlükəsiz tədbirləri həyata keçiririk. Biz həm də şəxsi məlumatlarınızın mühafizəsinin təminatı üçün müvafiq qanunlarla tələb olunan bütün vacib tədbirləri görəcəyik.

Məlumatlarınızı münasib vaxt müddətində və ya qanunla tələb olunan vaxta kimi saxlayacağıq. Saxlama müddəti başa çatdıqda şəxsi məlumatlarınız silinəcək və ya arxivlənəcəkdir.

Qəbul və yeniləmə

Sizin haqqınızda olan məlumatları görmək hüququnuz var və siz bizdən onların düzgün və yenilənmiş olduğuna əmin olmaq üçün hər hansı lazımi dəyişiklikləri etməyi xahiş edə bilərsiniz. Əgər bunu etmək istəsəniz, bizimlə əlaqə saxlamağınız xahiş olunur.

Hesabınız silinməyənə və tərəfinizdən aşağıdakı şəkildə geri götürülməyənə kimi razılığınız qüvvədə qalacaqdır: bizimlə help@myunidays.com səhifəsində əlaqə saxlamaqla

Məxfilik Siyasətimizə edilən dəyişikliklər

Gələcəkdə məxfilik siyasətimizə edilən hər hansı dəyişikliklər saytda dərc olunacaq, lazım gələrsə, e-poçt bildirişi vasitəsilə göndəriləcək.

Əlaqə

Məlumatlarınızdan istifadəmizlə bağlı bütün şərhlər, sorğular və xahişlər alqışlanır və ilk növbədəa e-poçt ilə help@myunidays.com ünvanına göndərilməlidir.

GÉANT Məlumatların Mühafizəsi üzrə Davranış Kodeksi (CoCo)

Xidmətin adı

UNiDAYS

Xidmətin təsviri

UNiDAYS qlobal tələbə auditoriyasını müvafiq brendlər və xidmətlərlə əlaqələndirən, dünyanın aparıcı Tələbələrin Qarşılıqlı Əlaqə Şəbəkəsidir.

Məlumat idarəedicisi və əlaqəyə görə məsul şəxs

2 Castle Boulevard, Nottingham, NG7 1FB ünvanında yerləşən MyUnidays Limited məlumat idarəedicisidir və onunla yuxarıda verilən ünvana müraciət edərək birbaşa, yaxud help@myunidays.com ünvanına e- məktub göndərməklə əlaqə saxlanıla bilər

Yurisdiksiya

BB, İngiltərə

Emal edilən şəxsi məlumatlar

Əsas Təşkilatınızdan aşağıdakı məlumatlar xahiş edilir:

  • unikal istifadəçi identifikatorunuz (SAML daimi identifikatoru, ePPN və ya ePTID) Əsas Təşkilatda vəzifəniz (eduPersonAffiliation, eduPersonPrimaryAffiliation və ya eduPersonScopedAffiliation)
  • Özünüzdən isə aşağıdakı məlumatlar toplanır: Siz myunidays.com veb-saytında məhsullar və xidmətlər haqqında məlumata daxil olanda, qeydiyyatdan keçəndə və ya məlumata baxanda sizdən adınız, təhsil vəziyyətiniz, müəssisə adı və cari e-poçt ünvanınız daxil olmaqla, haqqınızda bəzi məlumatları təqdim etmək xahiş edilə bilər.

Bundan başqa, həm də biz veb-saytımızdan istifadənizlə bağlı məlumatları, o cümlədən veb-sayta yerləşdirdiyiniz mesajlardan və bizə göndərdiyiniz e-məktub və ya məktublardan haqqınızda olan məlumatları toplaya bilərik.

Şəxsi məlumatların emalı məqsədi

Məlumatlarınız bizə sizi saytımızın konkret hissələrinə girişlə təmin etmək və sizin üçün myunidays.com xidmətini işlətmək imkanı verəcəkdir. Biz həm də biznesimizi idarə etmək, dəstəkləmək, təkmilləşdirmək və inkişaf etdirmək üçün topladığımız məlumatları istifadə edəcəyik və onları təhlil edəcəyik.

Xüsusən də, biz xidmətlərimizə münasibətinizi öyrənmək üçün sizinlə əlaqə saxlamaq, sayt və ya xidmətlərimizə edilən vacib dəyişikliklər və ya təkmilləşdirmələrlə bağlı sizə vaxtaşırı məlumat vermək məqsədilə məlumatlarınızdan istifadə edə bilərik.

Bundan başqa, məlumatlarınızdan təklif etdiyimiz, sizin üçün maraqlı ola biləcəkl digər məhsullar və xidmətlərlə bağlı sizə məlumat vermək üçün də istifadə edə bilərik. Əgər gələcəkdə sizinlə əlaqə saxlanılması ilə bağlı fikrinizi dəyişdirsəniz, bizimlə birbaşa əlaqə saxlamaqla və ya hesab parametrləriniz vasitəsilə seçimlərinizi dəyişdirməklə bundan imtina edə bilərsiniz.

Bizimlə əlaqə saxlasanız, bu yazışmanı özümüzdə saxlaya bilərik.

Biz həm də fırıldaqçılığa yol verməmək üçün bəzi məlumatları saxlayacağıq.

Şəxsi məlumatların açıqlandığı üçüncü tərəflər

Şəxsi məlumatlar tərəfdaşlarımızdan hər hansı birinə açıqlanmır və yalnız anonimləşdirilmiş və statistika formasında paylaşılır. Biz sizə xidmətlər göstərmək, xüsusən də, xidmətlər və məhsullarımızla bağlı sizinlə əlaqə saxlamaq məqsədilə şəxsi məlumatlarınızı üçüncü tərəfin xidmət təminatçıları ilə paylaşa bilərik. Sonda isə məlumatlarınızı bizimlə birgə müəssisə yaratmaq, yaxud birləşmək və ya iş qurmaq niyyətində olan hər hansı biznes təşkilatına açıqlaya bilərik. Qeydiyyatdan keçirdiyiniz və ya yoxladığınız e-poçt ünvanı ilə bizdə qeydiyyatdan keçirdiyiniz hesaba malik olmağınızla bağlı təsdiq hamıya açıq olacaqdır.

Şəxsi məlumatlara giriş, onlara düzəliş edilməsi və silinməsi haqqında

Şəxsi məlumatlara giriş sorğulamaq və ya onlara düzəliş etmək, yaxud qanunla silinməsinə icazə verilərsə, silmək üçün yuxarıda qeyd olunmuş əlaqə təfərrüatlarından istifadə etməklə, bizimlə əlaqə saxlayın. Onu da bildirək ki, məlumatlar qanuni məqsədlər üçün, məsələn dələduzluğun qarşısını almaq üçün saxlandıqda, bu məlumatları silməyə borclu deyilik.

Sizin bizdən marketinq məqsədləri üçün şəxsi məlumatları emal etməməyi xahiş etmək hüququnuz var. Siz hesab parametrlərini dəyişdirməklə, bu cür emalın qarşısını almaq hüququnuzu həyata keçirə bilərsiniz.

Məlumatların saxlanması

Biz məlumatınızı icazəsiz şəxşlərin daxil olmasından və onu qanunsuz emal, təsadüfi itki, dağıtma və ya zədələmədən qorumaq üçün təhlükəsiz tədbirləri həyata keçiririk. Məlumatlarınız hesabınızın aktiv olduğu müddət ərzində saxlanacaqdır. Siz abunənizi ləğv edəndə dələduzluğun qarşısının alınması məqsədləri üçün tələb etmədiyimiz bütün məlumatlar silinəcəkdir.

Məlumatların Mühafizəsi üzrə Davranış Kodeksi

Məlumatlarınız Məlumatların Qorunması haqqında 1998-ci il tarixli qanun və qüvvəyə mindikdən sonra Məlumatların Qorunması ilə bağlı Ümumi Reqlamentə uyğun olaraq qorunacaq.

Şəxsi məlumatlarınız məxfiliyinizi qorumaq üçün Xidmət Təminatçılarının Davranış Kodeksinə - tədqiqat və ali təhsil sektoru üçün ümumi standartlara uyğun olaraq qorunacaqdır.

2017-ci ilin 14 iyun tarixli məxfilik bəyannaməsi.